DÇ-2022-nin 1/8 final matçında - Braziliya - Cənubi Koreya qarşılaşmasında (4:1) yeni rekord qeydə alınıb.
Fanat.Az xəbər verir ki, cənubi amerikalıların qapıçısı Veverton meydana çıxmaqla Qətərdəki mundialda oynamış 26-cı braziliyalı olub.
Bu isə o deməkdir ki, baş məqşçi Tite dünya birinciliyinə gətirdiyi bütün futbolçulara oynamaq imkanı yaradıb. İndiyədək heç bir DÇ-də bir komandanın 26 futbolçusu forma şansı qazanmayıb.
Nihat