"Dnepr 1"in və Ukrayna millisinin hücumçusu Artyom Dovbik Qətərdə keçirilən mundialda Uels millisinin çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Dovbik pley-offda Ukraynanı 1:0 hesabı ilə yenərək DÇ-2022-də oynamaq hüququ qazanan "əjdahalar" barədə belə danışıb:
"Baxıram və görürəm ki, biz Uelsdən yaxşı çıxış edərdik. Bu, dəqiq belədir. Əlbəttə, özlüyümdə belə düşünürəm".
Qeyd edək ki, İngiltərə, ABŞ və İranla eyni qrupda yer alan Uels 1 xal toplayaraq mübarizəni dayandırıb. Qaret Beyl və komanda yoldaşları 3 qrup matçında 1 qol vurduqları halda, 6 dəfə məyus olublar.
Nihat