Argentina millisinin lideri Lionel Messi DÇ-2022-də imza atdığı fərdi nəticələrə münasibət bildirib.
Fanat.Az "Ole"yə istinadən xəbər verir ki, 35 yaşlı superulduz belə danışıb:
"Əlbəttə, rekordların qeydə alınması yaxşıdır. Amma ən gözəl hədəf komanda şəklində uğur qazanmaqdır. Uzun mübarizədən sonra atmalı olduğumuz bir addım qalır. Argentina bu dəfə hər şeyin alınması üçün mümkün olan hər şeyi edəcək".
Qeyd edək ki, Messi Xorvatiya ilə yarımfinal matçında (3:0) fərqlənərək dünya birinciliklərində vurduğu qolların sayını 11-ə çatdırıb. Beləliklə, Qabriel Batistutanı (11 qol) geridə qoyan Leo Argentinanın mundiallardakı ən yaxşı bombardiri ünvanına sahib çıxıb.
Nihat