"Milan"nın vitse-prezidenti klubun gənc forvardı Əl Şaraviyə böyük bir klubun möhtəşəm təklif göndərdiyini bildirib.
İdman24.az xəbər verir ki, vitse-prezident Adriano Galliani adını çəkmədiyi klubun oyunçu üçün 30 milyon avro təklif etdiyini dilə gətirib. Yalnız o, oyunçunun "Milan"da qalmağı üstün tutduğunu da vurğulayıb.
Qeyd edək ki, Əl Şaravinin 2018-ci ilə qədər "Milan"la müqaviləsi var.
İdman24.az