AZAL-ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, rəhbərlik komandanı Daril Villarda tapşırıb.
O, indiyədək AZAL-ın aşağı yaş qrupları üzrə komandalarına nəzarət edirdi. İngilis mütəxəssis bu postda "Rəvan"a gedən Nazim Əliyevi əvəzləyib.
Qeyd edək ki, Toni Adamsın ölkəmizə gətirdiyi Villard əvvəllər "Qəbələ"nin əvəzedici komandasını çalışdırıb.