12:00 26.05.2023 469

Günün transfer şayiələri: Gənc futbolçudan "Liverpul"a zərbə

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato": PSJ-nin yarımmüdafiəçisi Marko Verratti İtaliyaya qayıtmağı hələ düşünmür. Bu barədə futbolçunun meneceri Rafael Pimenta məlumat verib. Onun sözlərinə görə, Verratti axır-əvvəl vətəninə qayıdacaq, ancaq hazırda o, PSJ ilə mövsümü başa vurmağa köklənib. 
Qeyd edək ki, İtaliya millisinin üzvü "Mançester Siti", "Real Madrid" və "Yuventus"un hədəfindədir. 

“Sky Sports”: Hakan Çalhanoğlu gələcəyi ilə bağlı açıqlama verib. Türkiyə millisinin üzvü klubu  “İnter”lə müqaviləsini uzadacağını bildirib. 29 yaşlı yarımmüdafiəçinin cari sözləşməsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

"The Athletic": "Mançester Yunayted" "Befika"nın hücumçusu Qonsalu Ramuşa elçi düşüb. Hazırda "qırmızı şeytanlar" portuqaliyalı forvardı transferə razı salmağa çalışır. 
Portuqaliya millisinin 21 yaşlı üzvü carı mövsüm bütün turnirlərdə 45 matçda meydana çıxıb və 26 qol vurub. Onun transfer qiymətinin 90 milyon avro olduğu bildirilir. 

"Correio da Manha": "Liverpul" hədəfində olan futbolçu Manuel Uqartedən zərbə alıb. "Sportinq"in 22 yaşlı yarımmüdafiəçisi PSJ-yə keçidə razılıq verib. Daha öncə Uqarte ilə "Liverpul" arasında danışıq olsa da, gənc futbolçu PSJ-nin 5 illik müqavilə təklifini geri çevirməyib. Fransa təmsilçisi futbolçu üçün tələb edilən 60 milyon avronu ödəməyə hazırdır. Portuqaliya millisinin üzvü iştirak etdiyi 46 oyunda nəhənglərin diqqətini çəkməyə müvəffəq olub. Belə ki, onu heyətinə qatmaq istəyən klublar sırasında "Çelsi" də vardı. 

“Football London”: Mövsümün sonunda "Arsenal"ın heyətində köklü dəyişikliklər olacaq. İngiltərə təmsilçisi 14 futbolçu ilə vidalaşmağı planlaşdırır. Siyahıda Nikolas Pepe, Folarin Baloqun, Rob Holdinq, Pablo Mari, Nuno Tavares, Sedrik Soareş, Qranit Caka, Tomas Parti, Emili Smit-Rou, Ensli Meytlend-Naylz, Kiran Tirni, Albert Sambi Lokonqa, Riss Nelson, Çarli Patino var. 

Qeyd edək ki, İPL-də həftə sonu mövsüm başa çatır və "Arsenal" turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

Facebookdan bizi izləməyi unutmayın.
X