"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro sabiq komandası "Real Madrid"in Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"ni mübarizədən kənarlaşdırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Mançester Siti" - "Real" matçına baxanda əziyyət çəkdim. Mən "Real"ın böyük fanatıyam! Əlbəttə, şad oldum! "Real"da da dostlarım oynayır, "Mançester Yunayted"də də".
Qeyd edək ki, Madriddə 3:3 hesablı bərabərliyə razılaşan tərəflərin İngiltərədəki duelinin əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (4:3) "Kral klubu" adını yarımfinala yazdırıb.
Nihat