"Tottenhem"in “Arsenal”la matçda (2:3) zədələnən futbolçuları - hücumçu Timo Verner və müdafiəçi Ben Devis üçün mövsüm başa çatıb.
Fanat.Az xəbər verir ki, bunu "The Athletic"ə açıqlamasında Hotspur təmsilçisinin baş məşqçisi Angelos Postekoğlu deyib:
"Vernerin mövsümün qalan matçlarında oynamaycağı dəqiqdir. Onun dizaltı vətərlərində problem yaranıb. Baldırından xəsarət alan Devis də mövsümün qalan bölümündə bizə kömək edə bilməyəcək".
Qeyd edək ki, 28 yaşlı Timo müqavilə ilə Almaniyanın “Leyptsiq” klubuna məxsusdur. O, icarə əsasında "Tottenhem" uğurları üçün çalışır.