"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində Almaniyada "Real Madrid"ə qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini "Bayern & Germany" belə çatdırıb:
"Yarımfinal bir qədər finala bənzəyir. Heyəti finala uyĝun qurmaq istəyirəm. Onların sonadək oynaya biləcəklərini nəzərə alsaq, dörd zədəli oyunçu yəqin ki, həddindən artıq çoxdur... Açıq futbol sərgiləmək niyyətində deyilik. Sabah bütün gücümüzü ortaya qoyacağıq, gerisinə baxarıq.
Biz "Uembli"yə yollanmaq və qalib gəlmək istəyirik. Hazırıq, çox inamlıyıq. Növbəti addım "Real"la oyundur. Rəqabətədavamlı olmaq, "Uembli"dəki matçda oynamaq istəyirik. Sabahkı matça köklənməli və yaxşı hazırlaşmalıyıq.
Bizə taktika, uğur, yaxşı miks, yaxşı balans lazımdır. Uğur mütləqdir. Siz "Real"ı məğlub etmək istəyirsinizsə, bütün bunlar komplekt şəklində olmalıdır".
Qeyd edək ki, "Bayern" - "Real" oyunu sabah keçiriləcək. "Alyans Arena"da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Nihat