"Bayern Münhen"in təcrübəli futbolçusu Tomas Müller Çempionlar Liqasının 1/2 final mərhələsində keçirəcəkləri cavab oyunundan - "Real Madrid"lə səfər qarşılaşmasından danışıb.
Fanat.Az xəbər verir ki, alman oyunçunun sözlərini Münhen təmsilçisinin rəsmi saytı belə çatdırıb:
"Real" çox təhlükəlidir, amma onlarla oynamaq olar. Bu, bərabər səviyyəli komandaların oyunu olacaq. Futbolun çox hissəsi soyuqqanlılıqdan və epizodları düzgün dəyərləndirməkdən ibarətdir. “Ştutqart”la görüşdə, hesab 1:1 olarkən qol vurmaq üçün yaxşı imkanlar yaratdıq, lakin onlardan yararlana bilmədik. Şansları əldən versəniz, uduzacaqsınız. Amma fürsəti dəyərləındirə bilirsinizsə, qələbə qazanırsınız. Hər şey bu qədər sadədir".
Qeyd edək ki, tərəflərin "Alyans Arena"dakı ilk dueli 2:2 hesablı bərabərliklə yekunlaşıb. Mayın 8-də "Santyaqo Bernabeu"da keçiriləcək ikinci qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat