
İngiltərə nəhəngi "Mançester Yunayted"də zəif nəticələrdən sonra baş məşqçi postu üçün yeni iddia ortaya çıxıb.
Fanat.Az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Maykl Karrikin vəziyyəti "ağırlaşacağı" təqdirdə onu italyan mütəxəssis Antonio Konte ilə əvəzləməyi nəzərdən keçirir.
Karrikin rəhbərlik etdiyi komanda "Hall Siti", "İpsviç Taun", "Everton", "Mançester Siti" və "Fulhem"lə oyunlardan cəmi 5 xal toplaya bilib.
Klub rəhbərliyi nəticələr düzəlməyəcəyi təqdirdə təcrübəli Konte variantını rəsmiləşdirməyə hazırlaşır.