"Yuventus"un Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atletiko"ya qalib gəlməsi Turin klubunun birja dəyərinin artmasına səbəb olub.
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisinin səhmləri bir anda 30 faiz bahalaşıb. Beləliklə, "Yuventus" səhmləri tarixinin ən yüksək səviyyəsinə qalxıb.
Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Atletiko"ya 0:2 hesabı ilə yenilən "Yuventus" cavab matçında 3 cavabsız qolla qələbə qazanıb. Kriştiano Ronaldonun het-triki Turin klubunu 1/4 finala daşıyıb.
Fanat.Az