Türkiyə millisinin müdafiəçisi Ozan Kabakın yeni klubu müəyyənləşib.
Fanat.Az "TRTSpor"a istinadən xəbər verir ki, "Ştutqart"da çıxış edən gənc futbolçu "Bavariya"ya transfer olunur.
Məlumata görə, artıq Bundesliqa klubları transeri razılaşdırıb. Keçid yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Ozan Kabak bu ilin yanvarında "Qalatasaray"dan "Ştutqart"a 11 milyon avroya transfer olunub. 19 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısına Bundesliqada 15 oyun keçirərək 3 qol vurub.
Fanat.Az