"Fənərbaxça" növbəti transferini açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Rizəspor"un hücumçusu Vedat Muriqini transfer edib. Kosovo yığmasının üzvüylə 4 illik müqavilə imzalanacaq. Transferin detalları açıqlanmayıb.
Qeyd edə ki, 25 yaşlı Muriqi 2018-ci ildə "Gənclərbirliyi"ndən "Rizəspor"a keçmişdi. O, ötən mövsüm oynadığı 36 matçda 17 qol vurub və 8 məhsuldar ötürmə edib.
Fanat.Az