"Roma”nın futbolçusu Stefan Əl-Şaaravi Çinin "Şanxay Şenxua” klubuna transfer olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Misir əsilli italiyalı hücumçu 3 illik müqaviləyə imza atıb. Əl-Şaaravi bu müddətdə 40 milyon avro qazanacaq. Asiya təmsilçisi 26 yaşlı forvardın keçidi üçün "Roma”ya 20 milyon avro ödəyib.
Qeyd edək ki, Stefan Əl-Şaaravi 2016-cı ildən "Roma”da çıxış edirdi. O, əvvəllər İtaliyanın "Cenoa", "Padova", "Milan" və Fransanın "Monako" klublarında çıxış edib.
Fanat.Az