Çempionlar Liqasının I turunda Avstriyanın "Zalsburq" klubu doğma meydanda Belçika "Genk"ini 6:2 hesabı ilə yenib.
Fanat.Az xəbər verir ki, ilk hissədə 3 qol vuran 19 yaşlı Erlinq Haland ilk Çempionlar Liqası matçında het-trik edərək tarixə düşüb. O, Ueyn Runidən sonra Çempionlar Liqasında birinci matçında birdən artıq qol vuran 20 yaşından aşağı ilk futbolçu olub. Runi 2004/05 mövsümündə "Fənərbaxça" ilə oyunda bunu bacarmışdı.
Haland Çempionlar Liqasında het-trik edən 3-cü ən gənc futbolçu kimi də tarixə düşüb - 19 yaş 58 gün. İlk pilləni tutan Raul 1995-ci ildə "Real"ın heyətində "Ferençvaroş"a 3 qol vuran zaman 18 yaş 113 günlük, ikinci yeri tutan Runi isə "Fənərbaxça" ilə matçda het-trik edən zaman 18 340 günlük olub.
Qeyd edək ki, bu mövsüm "Zalsburq"un heyətində 9 rəsmi oyuna çıxan Erlinq Haland 17 qol vurub.
Fanat.Az