İspaniya La Liqasında V turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Barselona" ötən gün "Qranada"nın qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Ramon Aziz və Alvaro Vadillo (penalti) imza atıb.
Bu qələbədən sonra "Qranada" 10 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. 4 oyun keçirən "Sevilya" və 5 oyun keçirmiş "Atletiko"nun da 10 xalı var. "Barselona" isə 7 xalla 7-ci pilləni tutur.
Fanat.Az