Türkiyə Super Liqasında V tura start verilib.
Fanat.Az xəbər verir ki, "Fənərbaxça" dünən "Ankaragücü"nü qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 16-cı dəqiqədə qonaqlardan Dever Orgill açıb. 4 dəqiqə sonra Matias Yorqensen bərabərliyi təmin edib. 73-cü dəqiqədə isə Vedat Muriç qələbə qolunu vurub.
Qeyd edək ki, "Fənərbaxça" bu qələbədən sonra 10 xalla ikinci pilləyə yüksəlib. "Ankaragücü" isə 5 xalla 13-cü yeri tutur.
Fanat.Az