17:12 06.03.2020 1343

"Heç kimin tanımadığı biri Messiyə necə göstəriş verə bilər?" - "Barsa"da aranı qarışdıran gənc məşqçi barədə

Eder Sarabiya temperamentinə görə Joze Mourinyuya bənzədilir. Onun "El Klasiko"dakı davranışları kifayət qədər səs-küyə səbəb oldu. "Barselona"nın baş məşqçisi Kike Setyenin "iki nömrə"sinin meydanın kənarındakı hərəkətləri yerli "Movistar" və "Gol"un kameralarına tuş gəlib. Sarabiya futbolçulara qarşı iradlarını əsəbi şəkildə bildirib. Köməkçi-məşqçinin hərəkətlərinin düzgün olmadığını deyənlərin sayı çox olsa da, Sarabiyanın tərəfini saxlayanlar, onun yanaşmasını bəyənənlər də var.

Eder "Atletik"in əfsanəvi oyunçusu Manu Sarabiyanın oğludu. O, uşaq yaşlarından etibarən Bilbao klubuna azarkeşlik edir. 1990-1994-cü illər aralığında 4 dəfə La Liqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olan "Barselona"nın, namı-digər "xəyalların komandası"nın da Ederin futbol anlayışının formalaşmasında rolu böyükdü.
 


Onun atası - Manu "Loqrones"də Kike Setyenlə birlikdə oynayıb. O dövrdə Ederin 8 yaşı var imiş. Məhz bu tanışlıq sayəsində Sarabiya hazırda "Barselona"dadı. Onlar "Las-Palmas" dönəmindən bəri əməkdaşlıq edirlər. 61 yaşlı Setyen daha çox təmkinli olması ilə diqqət çəkir, 39 yaşlı Sarabiya temperamenti ilə... Setyen şahmatı sevir, Sarabiya isə velosiped idmanının həvəskarıdı... "Barselona"da daha əvvəl də maraqlı xarakterə sahib köməkçi-məşqçilər çalışıb. Bobbi Robson - Joze Mourinyu, Frank Raykard - Henk ten Kate, Pep Quardiola - Tito Vilanova və Luis Enrike - Xuan Karlos Unsue əməkdaşlıqlarını xüsusi qeyd etmək olar.

Sarabiya karyerası ərzində ümumilikdə 6 dəfə texniki zonadan uzaqlaşdırılıb. İndilik bu mənada "Barseloa"da "debüt" etməyib. Onun hərəkətləri bəzən rəqib futbolçuları da narahat edir. Ötən mövsüm İspaniya Kubokunun yarımfinalında "Betis"ə rəqib olan "Valensiya"nın müdafiəçisi Xose Luis Qayya Sarabiyanın onu meydandan qovdurmağa çalışdığını demişdi: "Oyun boyu üzərimə qışqırdı. Mənə deyirdi ki, simulyasiya etmə, hakimi aldatma. Bu, ilk belə hal deyildi. Mən də Setyendən soruşdum: "Köməkçinizin belə şeylər etməsinə necə icazə verirsiniz?"

Bu səfər Sarabiya "El Klasiko"da "Barselona"nın bəzi oyunçularını təhqir etməsi ilə diqqət mərkəzinə düşüb. Ederin matç ərzində Jerar Pike, Nelson Semedu, Artur, Antuan Qrizmann, Frenki de Yonq və Serxio Busketsin ünvanına müxtəlif xoşagəlməz, zaman-zaman isə təhqiramiz ifadələr səsləndirdiyi ortaya çıxıb.

Fransız jurnalist Fred Hermel açıqlamasında qeyd edib: "Qrizmann dünya çempionudu. Eder Sarabiya kimdi ki, ona nə etməli olduğunu deyir?" Başqa bir görüntüdə Sarabiyanın kənardan "Leo, Leo" deyə qışqıraraq Messinin diqqətini çəkməyə çalışdığı görünür. "Barselona" daxilindən bu məsələyə də reaksiya gecikməyib. "Katalonlar"a yaxın və adı gizli saxlanılan mənbələrdən birinin ABC qəzetinə açıqlamasında qeyd olunub: "Sarabiya məşqçi səlahiyyətlərini aşır. Futbolçu kimi peşəkar səviyyədə karyerası olmayıb. Heç kimin tanımadığı biri Messiyə necə göstəriş verə bilər?"
 


Setyen Sarabiyadan hərəkətlərinə fikir verməsini və sakitləşməsini istəyib. "Barselona"nın baş məşqçisi və onun köməkçisi artıq oyunçulardan üzr istəyib. Setyen "El Periodico"ya açıqlamasında xəbəri təsdiqləyib:

"Bu məsələ mənə çox təsir etdi. Bizi düzgün dəyişikliklər etmədiyimiz üçün və ya oyun planımızın bərbad olmasına görə tənqid edə bilərlər, amma hərəkətlərimiz əsasında mühakimə olunmaq düzgün deyil.

Eder temperamentli insandı. Onun əksər keyfiyyətləri bizə uyğun gəlir. Bununla belə, Sarabiya özünə nəzarət etməyi öyrənməlidi. O, bu məsələnin üzərində işləyir, inkişaf etməyə çalışır, çünki daha əvvəl də bənzər hallar yaşanıb.

Sarabiya gəncdi və çılğın biridi. Enerjisi çoxdu və bu, pozitiv mənada bizim üçün üstünlükdü. Amma biz əvəzedicilər skamyasında olarkən həm də klubumuzu təmsil edirik və davranışlarımızla hamıya örnək olmalıyıq. Artıq bu barədə danışmışıq. Eder özü də narahatdı. Biz, başda mən olmaqla komandadan üzr istəmişik. Çünki bu, ilk növbədə mənim səhvimdi. Mən baş verənlərə nəzarət etməliyəm".

Setyenin peşmançılığına baxmayaraq, Sarabiyanı dəstəkləyənlər də var. "Diario Sport"un xəbərinə görə, "Barselona" rəhbərliyinin bəzi üzvləri onun çılğınlığının yaxşı hal olduğunu düşünürlər. Buna baxmayaraq, onlar gənc məşqçinin tez-tez belə hərəkətləri ilə mediaya material verməsinin əleyhinədilər.

"El Periodico"nun məlumatına görə, klublar əvəzedicilər skamyasında baş verənlərin görüntülənməsi və oyunçuların, o cümlədən məşqçilərin dodaq hərəkətlərinin oxunaraq videolar hazırlanmasına görə teleyayımçı şirkətlər barədə liqa rəhbərliyinə şikayət ünvanlayıblar. "Gol"da keçirilən səsvermədə iştirak edən izləyicilərin 76%-i Sarabiyanın hərəkətlərinin normal olduğunu qeyd edib.
 


Sarabiya hazırda komandada standart vəziyyətlərinin hazırlanmasına əsas cavabdeh şəxsdi. Luis Enrikenin köməkçisi Xuan Karlos Unsue kimi, o da əksər hallarda məşq prosesinə nəzarət edir.

"Barselona"nın La Liqada "Real"ı təqib etdiyi və Çempionlar Liqasında uğursuzluqlara son qoymağı planlaşdırdığı belə bir dövrdə komandanın birliyə ehtiyacı var. Sarabiya 2018-ci ildə "Panenka" jurnalına verdiyi müsahibədə demişdi: "Ədalətli olmaq və futbolçuları inkişaf etdirmək - oyunçular məşqçinin bu iki özəlliyə sahib olduğunu düşünürlərsə, onunla birlikdə ölümə belə gedəcəklər".

İndi Sarabiya "Barselona"nın ulduzlarına bu iki xüsusiyyətdən ən azı birinə sahib olduğuna dair inam aşımalıdı.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

Facebookdan bizi izləməyi unutmayın.
X