Növbəti mövsümdən etibarən Çempionlar Liqası və Avropa Liqasında qalın ofsayd xətlərindən istifadə ediləcək.
Fanat.Az xəbər verir ki, UEFA prezidenti Aleksandr Çeferin "Sky Sports"a müsahibəsində bu barədə danışıb:
"Bir santimetr oyundan kənar vəziyyət deyil. Qaydanın məğzi bu olmamalıdı. VAR sadəcə aşkar və kobud səhvlərə müdaxilə etməlidi. Bizim daha qalın ofsayd xətlərinə ehtiyacımız var".
Dəyişikliyin əsas məqsədi vurulan qol sayını artırmaqdı.
Qalın ofsayd xətlərindən Avro-2020-də də istifadə oluna bilər. Çeferin bu variantı istisna etməyib.
Fanat.Az