"Fənərbağça”nın koronavirusa yoluxan futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Milliyet” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, Maks Kruzenin koronavirus testi müsbət çıxıb. Alman yarımmüdafiəçi müalicə üçün xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən gün klub rəsmi şəkildə bir futbolçusunun koronavirusa yoluxduğunu açıqlasa da, onun kimliyini elan etməmişdi.
Fanat.Az