"Barselona"da gərginlik böyüyür.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, prezident Jozep Bartomeu bəzi funksionerlərin vəzifələrini tərk etmələrini istəyir. Xüsusilə də 2020-ci ilin yanvar ayında vitse-prezident təyin olunmuş Emile Rusonun istefası tələb olunur.
Ruso 2021-ci ildə keçiriləcək klubdaxili prezident seçkilərində Bartomeunun varisi hesab olunudu. Amma artıq durum dəyişib.
"As" nəşrinə görə, Bartomeu "yanımda deyilsənsə, deməli, mənə qarşısan" siyasətindən istifadə edir. Bu səbəbdən Rusonun postunu tərk edəcəyi bildirilir.
Prezidentlə aralarında yaranan fikir ayrılıqlarına görə digər vitse-prezidentlərin də "Barselona"dan ayrılacağı gözlənilir.
Fanat.Az