"Barselona" saxta ittihamlara görə keçmiş vitse-prezident Emili Rusonu məhkəməyə vermək niyyətindədi.
Fanat.Az klub saytına istinadən xəbər verir ki, "Barselona" belə açıqlamaları qəbuledilməz hesab edir və audit başa çatdıqdan sonra mümkün hüquqi addımlar atmaq barədə düşünür.
Ruso rəhbər şəxslərdən birinin klub kassasından oğurluq etdiyinə dair açıqlama vermişdi. "Katalonlar" bəyanat yayaraq itttihamları rədd etmiş, "Barsa" rəsmisi Josep Vives isə sabiq vitse-prezidentin sözlərini "tamamilə yalan" adlandırmışdı.
Fanat.Az