Moskva "Lokomotiv”inin sabiq skautu və seleksiya şöbəsinin rəhbəri Viktor Tişenko 2007-ci ildə Neymarı transfer etmək şansını necə əldən verdiklərini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, "Çempionat”a açıqlama verən Tişenko maraqlı faktlar sadalayıb:
"Lokomotiv”in başqa bir seleksiyaçısı ilə Braziliyadaydıq. Ştat çempionatı gedirdi. Həmin vaxt karnaval başladı. "Santos” klubunda konflikt yaşanmışdı… Deyəsən, futbolçulaı karnavala buraxmamışdılar, onlar isə etiraz etmişdilər… Əlqərəz, "Santos”un baş məşqçisi stat çempionatının oyunun agənclərlə çıxmalı olmuşdu... 16, 17, 18 yaşlı uşaqlarla... Onların arasında Neymar, Qanso, Danilo, Aleks Sando da var idi… Neymarı dərhal gözaltı etdik. "Santos” 5 milyon avro pul istədi.
...Moskvaya qayıtdım. Baş məşqçi Yuri Syominə bu haqda danışdım. "5 milyon? 16 yaşlı uşağa görə bu pulu vermək olmaz axı” dedi… 2 il sonra artıq Neymarın 15 milyon qiyməti var idi”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol