Fransa prezidenti Emmanuel Makron Fransa nümunəsindəki kimi, futbol üzrə digər Avropa liqalarında da mövsümün erkən başa vurulmasını istəyir.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, Makron bu mövzuda bənzər qərarın ən azından digər "böyük beşlik" çempionatlarında - Premyer Liqa, La Liqa, A Seriyası və Bundesliqa - qəbul edilməsinin vacib olduğunu düşünür.
Məsələ ilə əlaqədar olaraq Fransanın idman naziri Roksana Marasinyanu Avropa ölkələrindən olan həmkarları ilə ikitərəfli danışıqlar aparmaq təşəbbüsünü irəli sürüb. Artıq o, İtaliya və Almaniyanın nazirləri ilə söhbətləşib.
Fransa prezident administrasiyası indilik Makronun istəyinə dair məlumatları təsdiqləmir.
Qeyd edək ki, Fransa Liqa 1-də koronavirus pandemiyası səbəbindən mövsümün vaxtından əvvəl başa çatdırılması qərara alınıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol