Almaniya Bundesliqasının planlaşdırıldığı tarixdə - 15 may - bərpası mümkün olmayacaq.
Fanat.Az jurnalist Rafael Honiqştayna istinadən xəbər verir ki, Almaniya hökuməti bütün klublar üçün ikihəftəlik karantin periodu müəyyənləşdirib. Ən yaxşı halda mövsüm 22 mayda bərpa olunacaq. 29 may ehtimalı da istisna deyil.
Daha əvvəl Bundesliqanın bərpası 9 maya planlaşdırılsa da, yekunda hökumət nümayəndələri bunun mümkün olmadığına qərar vermişdilər.
---
Almaniya hökuməti Bundesliqanın may ayının ikinci yarısında başlamasına icazə verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falk məlumat yayıb. Qərara görə, Bundesliqa rəhbərliyi mayın ikinci yarısında olmaq şərti ilə, çempionatın bərpa ediləcəyi tarixi müəyyənləşdirmək haqqına sahibdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol