Radamel Falkao "Qalatasaray"dan ayrılacağı ilə bağlı şaiyələrə son qoyub.
Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduz bu barədə məşhur ESPN nəşrinə açıqlamasında danışıb.
34 yaşlı forvard "Qalatasaray"da qalacağını bildirib: "Türkiyədə çox xoşbəxtəm. Klubumu tərk etmək niyyətində deyiləm".
Falkao Türkiyədə əsas çətinliyinin türk dilini öyrənmək olduğunu və uruqvaylı komanda yoldaşı Fernando Musleranın bu yolda ona kömək etdiyini bildirib: "Türk dil çox çətin və qarışıqdı. Muslera türk dilini bildiyinə görə mənə kömək edir. Burada ümumi ab-hava əladı. Küçəyə çıxanda azarkeşlərin isti münasibətini görürsən".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol