"Barselona"nın futbolçusu Nelson Semedunun İngiltərənin "Vulverhempton" klubuna keçidi rəsmiləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb. Kataloniya klubu qarşı tərəfin portuqaliyalı futbolçu üçün 30 milyon avro ödədiyini açıqlayıb.
Qeyd edək ki, Nelson Semedu "Barselona"da 2017-ci ildən oynayıb. Kataloniya klubu onu "Benfika"dan 37.5 milyon avroya transfer etmişdi.
Onu da qeyd edək ki, millimizin üzvü Renat Dadaşov "Vulverhempton" məxsusdu. Futbolçumuz mövsümün sonunadək İsveçrənin "Qrasşopper" klubuna icarəyə verilib.
Fanat.Az