Madrid "Real"ı son 40 ildə ilk dəfə yay transfer pəncərəsi dönəmində transfer etməyib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun 3 futbolçusu - qapıçı Andrey Lunin ("Ovyedo"), müdafiəçi Alvaro Odriosola ("Bavariya") və yarımmüdafiəçi Martin Edeqor ("Rel Sosyedad") icarədən qayıtsa da, yeni futbolçu alınmayıb.
Ötən mövsüm İspaniya Primyerasının qalibi olan "Real" cari çempionatın geridə qalan 4 turunda topladığı 10 xalla turnir cədvəlinin lideridi. Zinəddin Zidanın komandasının ehtiyatda 1 oyunu da var.
Fanat.Az