Türkiyənin "Konyaspor” klubunun iki futbolçusu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bosniya və herseqovinalı qapıçı İbrahim Şehiçlə gürcüstanlı hücumçu Levan Şengeliyanın testi pozitiv çıxıb. Super Liqa təmsilçisi hər iki oyunçunun milli komandasının düşərgəsində olarkən virusa yoluxduğunu bəyan edib. Bu səbəbdən onların Türkiyəyə dönüşü yubanacaq və komandanın bir neçə matçını buraxacaqlar.
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə ölkəmizdə "Qarabağ”ın formasını geyinib.