"Qalatasaray" camiəsi qış fasiləsi ərəfəsində transfer məsələlərini müzakirə edib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin çalışdırıcısı Fatih Terim dünənki görüş zamanı sərəncamında görmək istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.
Terim əsas hədəfin hazırda azad agent statusu daşıyan Mario Mancukiç olduğunu bildirib. Yazılanlara inansaq, adı "Qalatasaray"la daha öncədən yanaşı çəkilən 34 xorvat hücumçunun sarı-qırmızı formanı geyinmək ehtimalı olduqca yüksəkdir. Yaxın günlərdə danışıqlara başlayacaq tərəflər maaş məsələsində razılığa gəlsə, qışdan sonra Mancukiçi Türkiyə Superliqasında görəcəyik.
Fanat.Az