Pol Poqba "Mançester Yunayted"i tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçinin agenti Mino Rayola "Tuttosport" nəşrinə müsahibəsində bildirib.
O, 27 yaşlı oyunçunun Mançester təmsilçisindəki hekayəsinin başa çatdığını bildirib. Amma Rayola Poqbanın komandanı tərk edəcəyi dəqiq tarixi açıqlamayıb. İngiltərə mətbuatının iddiasına görə, bu, qış fasiləsində və ya cari mövsümün sonunda baş verə bilər.
Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə 2022-ci ilin yayınadək müqaviləsi var.