"Yuventus"un futbolçusu Kriştianu Ronaldu "Barselona"da çıxış edən Lionel Messi ilə münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu Kataloniya komandasına səfərdə 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından sonra maraqlı açıqlama verib.
Portuqaliyalı forvard argentinalı oyunçunu özünə rəqib hesab etmədiyini söyləyib: "12-13 ildi ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik. Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Biz həmişə yaxşı münasibətdə olmuşuq. Messidən soruşsanız, o da sizə bunları söyləyəcək".
Qeyd edək ki, "Yuventus" "Barselona" üzərində qələbə sayəsində qrup lideri kimi 1/8 finala yüksəlib.