Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci liqasında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda "Ümraniyespor"un qonağı olub. Qarşılaşma "Boluspor"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətdə başlayan Abdullayev 69-cu dəqiqədə əvəzlənib.
İntizam Komitəsi tərəfindən cəza verilən "Boluspor"un prezidenti Abdullah Abat görüşü krandan izləyib.
Qələbə sayəsində 13-cü xalını qazanan komanda turnir cədvəlində 12-ci pilləyə yüksəlib.