"Qalatasaray" klubu bu gün yeni transferlərini ictimaiyyətə təqdim edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Türk Telekom Arena"da keçirilən mərasimdə İstanbul təmsilçisinin qış transfer dönəmində heyətinə qatdığı Jedson Fernandeş, Mustafa Məhəmməd, Deandre Yedlin, Halil Dervişoğlu və Henri Onyekuru "Türk Telekom Arena"da ictimaiyyətə təqdim olunub.
Mərasimdə çıxış edən klub prezidenti Mustafa Cengiz hər bir futbolçuya "Qalatasaray"ı seçdiyi üçün təşəkkür edib.
Fanat.Az