"Barselona"da prezident seçkilərinin nəticələri açıqlanıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, daha öncə də Kataloniya təmsilçisinin prezidenti olmuş 58 yaşlı Joan Laporta başqan postunu tutacaq.
O, Viktor Font və Toni Freyşanı qabaqlayaraq 58 faiz səslə qalib gəlib.
Qeyd edək ki, ötən ilin payızında sabiq prezident Xosep Bartomeu vəzifəsindən uzaqlaşdırılmış, sonradan yanvarın 24-də təyin edilən seçki isə məlum pandemiya üzündən dünənki tarixə keçirilmişdi.