Seriyasının 28-ci turunda səfərdə "Fiorentina"nı 3:2 hesabıyla yenən "Milan"ın hücumçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, oyunun 9-cu dəqiqəsində hesabı açan İbra bir mövsümdə sözügedən çempionatda 15 qol vura bilmiş ən yaşlı futbolçu kimi tarixə düşüb.
Artıq İsveç millisinə də qayıdan Zlatan "Fiorentina"nın qapısına 39 yaş 169 günlüyündə yol tapıb.