"Roma" özbək hücumçu Eldor Şomurodovu heyətinə qatdığı ilə bağlı xəbər vermişdik.
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisinin baş meneceri Tiaqu Pintu yeni transferlə bağlı danışıb.
Klubun rəsmi saytına açıqlama verən "Roma" rəsmisi bildirib ki, "Eldor böyük potensiala malik hücumçudur və özünü "Roma"da sübut etmək istəyir. Bununla yanaşı bir oyunçu kimi keyfiyyətləri də məşqçimizin istədiyi tərzə uyğundur. Bu səbəbdən onu klubda salamlamaqdan məmnunuq".
Şomurodov "Roma" ilə 5 illik müqavilə imzalayıb. O, yeni klubunda 14 nömrəli formanı geyinəcək.
Bundan əvvəl 26 yaşlı özbək futbolçu "Cenoa"da oynayıb. Hücumçunun transfer qiyməti 7,5 milyon avro təşkil edib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol