Kriştianu Ronaldu "Yuventus"dan ayrılmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "Diario As" qəzeti məlumat yayıb.
Məlumatda iddia olunur ki, Turin klubu da komandanın ümumi futbolçularının yarısı qədər maaş alan portuqaliyalı ilə yollarını ayırmaq istəyir.
İddiaya görə, Ronaldu artıq "Real Madrid"lə danışıqlar aparır. İtaliya mətbuatı da xəbəri təsdiq edib.
Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.
Pərvin