Məşhur "Panini" şirkəti 2024-cü il Avropa Çempionatı üçün şəkil albomu istehsal etməyəcək. Bu missiyanı qadınlar arasında AÇ-2025, həmçinin, AÇ-2028 və ML-2028 (Millətlər Liqası) üçün stikerlər hazırlayacaq "Topps" yerinə yetirəcək.
Fanat.Az xəbər verir ki, şəkillərin hazırlanmasında "Topps"un səfiri Joze Mourinyu olacaq. Onun vəzifəsi alboma daxil olacaq oyunçuları seçmək olacaq.
Portuqaliyalı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib: "Rəsmidir! Siz məni AÇ-2024-də bütün Avropa millilərinin məşqçisi adlandıra bilərsiniz".