Avstriya futbolunda xoşagəlməz hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Kronen Zeitung" yayıb.
Belə ki, çempionat "Rapid"i 0:1 hesabı ilə yenən "Zaltsburq"un yeganə qolunun müəllifi - Luka Suçiç azarkeşlər tərəfindən döyülüb. Dörd nəfər fanat matçın ardından öz şəxsi avtomobilində yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindəki marketdən su almaq istəyən futbolçuya hücum çəkib. Xoşbəxtlikdən işə polis qarışıb və oyunçunun ciddi xəsarətlər almasına mane olub. Fanatlara bu hücuma görə hansı cəzanın veriləcəyi barədə məlumat yoxdur.
Nihat