Konfrans Liqasının fonalında baş tutan “Roma” - “Feyenoord” matçından sonra həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, azarkeşlərin səsverməsinə görə, bu ada “Roma”nın müdafiəçisi Kris Smollinq layiq görülüb.
Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. “Canavarlar”ın yeganə qolunu Nikolo Zanyolo vurub. Smollinq isə müdafiədəki etibarlı oyunu ilə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına “Roma”nın qapıçısı Ruy Patrisio, yarımmüdafiəçisi Nikola Zanyolo və “Feyenoord”dan Orkun Kökçü də namizəd idi.