
"Zirə" hücumçusu Junior Martins ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı qəsəbə təmsilçisinin mətbuat xidməti yayıb.
Braziliyalı futbolçu Kambocanın "Prexxanrit Svayrinq" klubuna transfer olunub. 26 yaşlı futbolçunun keçidi ilə bağlı tərəflər arasında müqavilə bağlanılıb.
Xatırladaq ki, Maryins 2023-cü ildən ölkəmizdə, 2024-dən isə "Zirə"də çıxış edirdi. O, "qartallar"a "Kəpəz"dən transfer olunmuşdu.