
“Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarış davam edir.
Fanat.Az xəbər verir ki, U-14 yaş qrupunda 11-ci tura, başqa sözlə, ilkin mərhələyə yekun vurulub.
Son turda "Qəbələ" ilə qarşılaşan "Qarabağ" böyükhesablı qələbə ilə zirvədəki yerini qoruyub. Şərikli lider "Sabah" da ilkin mərhələni qalib başa vurub. "Bayquşlar"ın "Azərbaycan Qartalları"nı yenməsi "Ulduz"un işinə yarayıb. Sözügedən komanda "Dostluq" üzərində böyükhesablı qələbə sayəsində 4-cü yeri ələ keçirib və beləliklə, növbəti mərhələdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş “Qarabağ”, “Sabah”, “Neftçi” və “Ulduz“ komandaları yarımfinala vəsiqə qazanıblar.
Sabahın Ulduzları
U-14, 11-ci tur
13 sentyabr
“Qarabağ” – “Qəbələ” 7:1
Qollar: Əli Əzimzadə, 13, 79, 80. İkram Əmirli, 18. Xəlil Quluzadə, 31. David Pavlov, 38. Heydər Mustafayev, 80+1 - Musa İsmayılov, 3.
“Dostluq” – “Ulduz” 0:9
Qollar: Hünər Səmədli, 24, 31, 38, 40+1, 47. Hüseyn Süleymanlı, 29. Uğur Hüseynli, 52. Said Statema, 54, 76.
“Sabah” – “Azərbaycan Qartalları” 2:1
Qollar: Cavid Tayibov, 40+1. Rəsul Məmmədzadə, 80+1 - Emir Əmirxanov, 4.

Bu gün - sentyabrın 14-də U-15 Liqasında 11-ci tura start veriləcək:
U-15, 11-ci tur
Qəbələ – EFA
Zirə – Marafon
Sabah – Dinamo