"Fehervar”ın (Macarıstan) baş məşqçisi Tamaş Peto UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt"la oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, klubun rəsmi saytına danışıb:
"Yaxşı futbol sərgiləyib qələbə qazana bilərik. Əsas planımız budur. "Sumqayıt"ın heyətində bir neçə dəyişiklik olub. Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaqlar. İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər. Komandamın "Sumqayıt"ı məğlub edəcəyinə inanıram".
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.