Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının 1-ci qrupunda İsveçrə seçməsi ilə qarşılaşıb.
Saat 16:00-da başlayan görüş Mərdəkandakı “Liv Bona Dea Arena”da keçirilib. Təmsilçimiz 4 cavabsız qolla məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Macarıstanla heç-heçə (1:1) edib.
AÇ-2025 (Qadınlar)
Seçmə mərhələ, II tur
9 aprel
Azərbaycan – İsveçrə 0:4
Qollar: Valotto, 11-pen. Büler, 20, Piliqrim, 51. Rizen, 54
Hakimlər: ALİNA PESU, Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu, Kristina Mariana Trandafir (Rumıniya)
Mərdəkan. “Liv Bona Dea Arena”