Futbol üzrə Niderland birinci liqasında 36-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün komandası - "Eyndhoven" "Telstar"ın qonağı olub.
Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Kökçü bu qarşılaşmanın 90-cı dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, bu heç-heçə sayəsində xallarının sayını 40-a çatdıran "Eyndhoven" turnir cədvəlinin 15-ci pilləsində mövqe tutub.