İtaliyanın "Fiorentina" klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Toni Xuanmarti yayıb.
Xəbərə görə, Amrabatın xidmətində "Barselona" maraqlıdır. 26 yaşlı futbolçunun DÇ-2022-dəki çıxışından məmnun qalan kataloniyalıların Florensiya təmsilçisinə rəsmi təklif hazırladığı bildirilib. Mənbə "Fiorentina"nın Sofyanı 40 milyondan ucuz satmaq istəmədiyini də vurğulayıb.
Qeyd edək ki, dünən 3-cü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzan Mərakeşin mundiala qatılan bütün futbolçularının transfer qiyməti 3-4 dəfə artıb.
Nihat