"Real Madrid"in və Fransa millisinin hücumçusu Kərim Benzema yığmadakı məşqçilər və futbolçularla ünsiyyəti kəsib.
Fanat.Az xəbər verir ki, informasiyanı "L’Equipe" yayıb.
Xəbərə görə, mundial ərəfəsində zədələnərək evə göndərilən Benzema düşərgədə qalmaq istədiyi halda, Didye Deşamın tələbi ilə millini tərk edib. Digər nümayəndələr də Deşamın mövqeyini dəstəklədiyindən Əlcəzair əsilli forvard özünə qarşı ögey münasibət hiss edib.
Xatırladaq ki, Fransa millisi bu gün DÇ-2022-nin final matçına çıxacaq. "Xoruzlar" Bakı vaxtı ilə 19:00-da Argentina seçməsi ilə qarşılaşacaq.
Nihat