"Bu, əla final olacaq. İstəyirəm ki, həlledici qarşılaşmada qələbə qazanan tərəf Argentina olsun".
Fanat.Az xəbər verir ki, bu sözləri "Mundo Deportivo"ya açıqlamasında "Barselona" və Meksika millisinin sabiq müdafiəçisi Rafael Markes deyib.
Markes fikrini belə əsaslandırıb:
"Çünki mən Latın Ameriaksındanam və Leoya azarkeşlik edirəm. Biz bilirik ki, futbol həmişə ədalətli deyil. Amma Messi çox işləyib, uzun müddət yüksək səviyyədə oynayıb. Onu çox dəyərləndirirəm. Messi hətta dünya çempionu olmasa belə, planetin ən yaxşısı sayılacaq. Hərçənd ümid edirəm ki, Leo dünya çempionu tituluna sahib çıxacaq. Bu baş versə, çox şad olaram".
Qeyd edək ki, Fransa və Argentina yığmaları arasında keçiriləcək final qarşılaşması bu gün keçiriləcək. Görüş Bakı vaxtı ildə 19:00-da başlayacaq.
Nihat